reklam
Sportfm.az xəbər saytı

"Şəfa" səfərdə uduzdu -Premyer Liqa


Misli Premyer Liqasında 4-cü tur davam edir.

Sportfm.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. Matç "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Sabah" 9 xalla liderliyə yüksəlib. Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib.

Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkib. Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 3 turdan sonra “ağ-qaralar” 9 xalla liderlər sırasına qoşulub, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

Misli Premyer Liqası

IV tur

5 sentyabr (şənbə)

20:30. “Neftçi” - “Şəfa” - 4:1

Qol: Rüfət Abbasov, 35 (1:0), Murad Musayev, 48 (1:1), Alen Şkribek, 64 (2:1), 66 (3:1), Breno Almeyda, 78-pen. (4:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
“Palms Sports Arena”

Oxşar xəbərlər

“Zirə” böyük hesabla uduzdu - Premyer Liqa
“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı - Premyer Liqa
“Zirə” “İmişli”ni məğlub etdi - Premyer Liqa
"Şəfa"dan qələbə - Premyer Liqa
"Şəfa" səfərdən xalsız döndü - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər