reklam
FIFA ANFA-nın üzvlüyünü dayandırdı
Sportfm.az xəbər saytı

FIFA ANFA-nın üzvlüyünü dayandırdı


FİFA Nepal Futbol Assosiasiyasının (ANFA) təşkilata üzvlüyünü dayandırıb.
Sportfm.az xəbər verir ki, bu haqda "The Himalayan Times" məlumat yayıb.

Bu qərardan sonra Nepal millisi və ölkə klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər.

Bildirilir ki, sanksiyaya səbəb nizamnamənin Nepal Milli İdman Şurası tərəfindən pozulması, assosiasiyadakı seçki prosesi ətrafında həll olunmamış münaqişə və seçkilərə üçüncü tərəflərin müdaxiləsi olub.

Qərarla yanaşı, Nepal Futbol Federasiyası FİFA üzvü kimi malik olduğu hüquqlardan da məhrum edilib. Assosiasiya və onun nümayəndələri FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən təşkil olunan inkişaf proqramlarında, təlim kurslarında və seminarlarda iştirak edə bilməyəcəklər.

FİFA üzvlüyün bərpası üçün iki şərt irəli sürüb. Birinci şərt Nepal Milli İdman Şurasının martın 25-də ANFA İcraiyyə Komitəsinin fəaliyyətini üç ay müddətinə dayandıran qərarının tam və qeyd-şərtsiz ləğv edilməsidir.

İkinci şərt isə assosiasiyaya öz nizamnaməsinə uyğun şəkildə artıq başlanmış seçki prosesini başa çatdırmaq imkanı verilməsidir.

Qeyd olunub ki, qadağa növbəti bildirişədək qüvvədə qalacaq. FİFA qərarla bağlı məktubun surətini AFC-yə göndərib və təşkilatın bütün üzvlərini məlumatlandırıb.

Oxşar xəbərlər

FİFA prezidenti sərt danışdı: "Daha sərt olmalıyıq"
FİFA-dan Şri Lanka futboluna zərbə - QƏRAR
FIFA bu ölkələrin üzvlüyünü dayandırdı - CƏZA
FİFA federasiyaya sərt cəza verdi
FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər