reklam
FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırdı
Sportfm.az xəbər saytı

FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırdı


FİFA Pakistan Futbol Federasiyasının (PFF) üzvlüyünü dayandırıb.

Sportfm.az xəbər verir ki, buna səbəb təşkilatın işinə üçüncü tərəfin qarışması olub.

Bildirilir ki, PFF-nin ofis və hesabları məhkəmənin təyin etdiyi inzibatçının nəzarəti altında qalıb və bu da təşkilatın işlərinə üçüncü tərəfin qarışmamasına dair öhdəliyin pozulmasıdır. Nəzarət federasiya rəhbərliyinə keçdikdən sonra üzvlük bərpa olunacaq. Sanksiya qüvvədə olduğu müddətdə Pakistan yığması və bu ölkənin klubları beynəlxalq yarışlarda iştirak edə bilməzlər.

Qeyd edək ki, Pakistan millisi sonuncu dəfə 2015-ci ildə FİFA bayrağı altında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yəmənlə qarşılaşıb və iki matçın nəticəsinə əsasən mübarizəni dayandırıb. Komanda FİFA reytinqində 200-cü yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Pakistan millisinin futbolçusu “Sumqayıt”da - Anlaşma
FİFA-dan Şri Lanka futboluna zərbə - QƏRAR
FIFA bu ölkələrin üzvlüyünü dayandırdı - CƏZA
Dövlət müdaxilə etdi, FIFA bu ölkənin üzvülüyünü dondurdu
FİFA bu ölkəni üzvlükdən məhrum etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər