FİFA-dan Şri Lanka futboluna zərbə -QƏRAR
FİFA Şri Lanka Futbol Federasiyasının üzvlüyünü dayandırıb.
Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar sözügedən ölkənin idman nazirliyi, yerli futbol federasiyası da daxil olmaqla milli idman təşkilatlarının muxtariyyətini və müstəqilliyini təhdid edən bir sıra qərarları özündə birləşdirir.
Şri Lanka Futbol Federasiyası yanvar ayında təşkilata seçkilər keçirib. Lakin qurum bu yöndə FİFA və Asiya Futbol Konfederasiyasının (AFC) standartlarına cavab verməyib.
FİFA-nın qərarına görə isə, Şri Lanka millisi və bu ölkənin klubları artıq beynəlxalq yarışlarda iştirak etmək hüququna malik deyil.
Şri Lankanın kişi futbolçulardan ibarət milli komandası FİFA reytinqində 207-ci, qadınlardan ibarət yığması isə 155-cidir.
Oxşar xəbərlər
FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək
FIFA bu ölkələrin üzvlüyünü dayandırdı - CƏZA
FİFA federasiyaya sərt cəza verdi
FIFA qərarını açıqladı
FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası