Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” 1/4 finalda -Dünya Qadın Seriyası
3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin ilk oyun gününün qarşılaşmaları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Neftçi SOCAR" uğurlu çıxışı ilə diqqət çəkib.
Millimizin üzvləri – Arika Karter, Aleksandra Mollenhauer, eləcə də yaponiyalı Aoi Katsura və serbiyalı Nevena Vuçkoviçdən ibarət Bakı təmsilçisi qrup mərhələsində keçirdiyi hər 2 oyunda qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib. “Neftçi SOCAR” ilk görüşdə Çinin “Yancing” klubunu 21:18 hesabı ilə məğlub edib. Komanda 2-ci matçda isə Çin millisindən üstün olub – 15:13.
Beləliklə, qrupunu lider kimi başa vuran “Neftçi” birbaşa 1/4 final mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə C qrupunun 2-cisi olmuş Yaponiya ilə qarşılaşacaq. Matç sabah saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi isə Sumqayıt mərhələsində mübarizəni təsnifat oyunlarından sonra dayandırıb. Şilan Akbingöl, Ləman İbrahimova, Səlminaz Ramazanlı və Adilə Yusubovadan ibarət komandamız Tailanda 6:21 və Litvaya 4:21 uduzub.
Xatırladaq ki, "Neftçi SOCAR" iyunun 17-də Fransanın Orlean şəhərində keçirilmiş mərhələnin qalibi olub.

Oxşar xəbərlər
“Neftçi” ilk oyununda uduzdu - Dünya Seriyası
Azərbaycan komandası 1/4 finalda - Dünya Seriyası
“Neftçi”nin oyunlarının təqvimi bilindi - Dünya Qadın Seriyası
“Neftçi” ABŞ millisi ilə qarşılaşacaq - Dünya Qadın Seriyası
“Neftçi”nin oyun təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası