reklam
İran FİFA-ya rəsmi etiraz müraciəti göndərəcək
Sportfm.az xəbər saytı

İran FİFA-ya rəsmi etiraz müraciəti göndərəcək


İran Futbol Federasiyası milli komandanın ABŞ ərazisində hərəkət imkanlarının məhdudlaşdırılmasına görə FİFA-ya rəsmi etiraz müraciəti göndərməyə hazırlaşır.
Sportfm.az xəbər verir ki, federasiyanın bəyanatında ABŞ hakimiyyət orqanlarının İran yığmasına Yeni Zelandiya millisi ilə oyundan cəmi bir gün əvvəl ölkəyə daxil olmağa icazə verdiyi bildirilib. Bu isə komandanın matça hazırlıq prosesinə mənfi təsir göstərib.

Bəyanatda deyilir:

“İran Futbol Federasiyası hesab edir ki, bu məhdudiyyətlər turnirdə iştirak edən bütün komandalar üçün bərabər şərait prinsipinə ziddir və hazırlıq prosesinə mane ola bilər”.

Analoji vəziyyət Belçika millisi ilə keçiriləcək qarşıdakı matç öncəsi də təkrarlanıb.

İran millisi dünya çempionatının qrup mərhələsində Yeni Zelandiya yığması ilə 2:2 hesablı heç-heçə edib.

Komanda növbəti oyununu iyunun 21-də Belçika millisinə qarşı keçirəcək.

Oxşar xəbərlər

İran yığması DÇ-2026 üçün iştirak vizası aldı
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
FİFA İran Futbol Federasiyasına cavab verdi
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi - DÇ-2026
İran yığması Dünya Çempionatına getməyəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər