reklam
İran yığması DÇ-2026 üçün iştirak vizası aldı
Sportfm.az xəbər saytı

İran yığması DÇ-2026 üçün iştirak vizası aldı


İran millisinin futbolçuları DÇ-2026-da iştirak üçün lazım olan vizaları əldə ediblər.
Sporfm.az xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Həsən Həbibulla-zadə ölkəsinin dövlət teleradio şirkətinə açıqlamasında məlumat verib:

"İran millisinin oyunçularına vizalar 48 saat ərzində, futbolçuların şəxsən iştirakına ehtiyac qalmadan və Meksika səfirliyində barmaq izi vermə prosedurundan keçmədən verilib".

Xatırladaq ki, FİFA daha əvvəl İran millisinin dünya çempionatı üçün təlim-məşq bazasının ABŞ-dan Meksikaya köçürülməsini təsdiqləyib.

Qeyd edək ki, İran yığması mundialda Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsindəki hər üç oyununu ABŞ-də keçirəcək.

Oxşar xəbərlər

Millinin üzvləri Dünya Çempionatına gedə bilməyəcək?
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
FİFA İran Futbol Federasiyasına cavab verdi
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi - DÇ-2026
İran yığması Dünya Çempionatına getməyəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər