reklam
Boksçularımız qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

Boksçularımız qələbə ilə başladı -Dünya Kuboku


Çinin Quyyan şəhərində boks üzrə dünya kubokuna start verilib.
Sportfm.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

50 kq-da Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çempionumuz yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Azərbaycan millisi dünya kubokuna 8 boksçusu ilə yollanıb.

Oxşar xəbərlər

Azərbaycan millisi dünya kubokunda iştirak edəcək
Daha 2 boksçumuz dünya kubokunda mərhələ adladı
Üç boksçumuz dünya çempionatının yarımfinalında
Məhəmmədəli DÇ-yə qələbə ilə başladı
Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər