reklam
Azərbaycan millisi dünya kubokunda iştirak edəcək
Sportfm.az xəbər saytı

Azərbaycan millisi dünya kubokunda iştirak edəcək


İyunun 15-də Çinin Quyyan şəhərində boks üzrə dünya kuboku start götürəcək.

Sportfm.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya kubokunda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) şans verəcək.

Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya kubokunun püşkü iyunun 14-da atılacaq.

Millimiz Braziliyada keçirilən ilin ilk dünya kubokunda 3 qızıl, 1 bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycan boksçusu qızıl medal qazandı - Dünya kuboku
Dünya kubokunda çıxış edəcək boksçularımız - SİYAHI
Boksçularımız dünya kubokunda mübarizə aparacaq
Millimizin dünya çempionatı üçün heyəti - SİYAHI
Boksçularımız Astanada toplanış keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər