Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nazim Babayev karyerasını başa vurdu
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Sortfm.az xəbər verir ki, son yarış günündə titullu atletimiz Nazim Babayevin karyerasındakı son çıxışı ilə yadda qalıb.
Beləliklə, Azərbaycan atletikasının parlaq simalarından biri böyük idmanla vidalaşıb. 28 yaşlı atlet 2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üçtəkanla tullanma növündə qızıl medal qazanaraq tarixi uğura imza atıb. Nazim Babayev iki dəfə Yay Universiadasının, həmçinin İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, yeniyetmələr və gənclər arasında keçirilən ən mötəbər yarışlarda da çoxsaylı nailiyyətlər qazanıb.
Azərbaycan Atletika Federasiyası Nazim Babayevə ölkə idmanına verdiyi böyük töhfələrə görə təşəkkür edir, ona həyatının yeni mərhələsində və gələcək fəaliyyətində ən yüksək uğurlar arzulayır.
Azərbaycan çempionatının sonuncu günündə müvafiq olaraq kişilərdə və qadınlarda 200 metr məsafəyə qaçışda Novruz Əsədli və Səlma Ağabəyova, 800 metrdə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metrdə Əmrah Nağıyev və Natalya Vallek Azərbaycan çempionu adını qazanıb. Uzunluğa tullanma növündə Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayıb. Lövhə atmada İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər
Xatirə turnirində qaliblər məlum oldu - FOTO
Atletimiz Serbiyada qızıl medal qazandı
Atletlərimiz Türkiyədə medal qazandılar
İdmançımız yalnız Yuşkadan geri qaldı
Azərbaycanlı atlet Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Karvan-Yevlax”da yeni oyunçu - Transfer
-
Millimiz Avropa çempionatının pley-offunda
-
“Neftçi” – “Dinamo” matçı kiprli hakimə tapşırıldı - Konfrans Liqası
-
“Neftçi” – “Dinamo” matçının biletləri satışda - Konfrans Liqası
-
Dünya üçüncüsü hansı yığma olacaq? - Fransa, yoxsa İngiltərə
-
Final oyununu cinayətkar idarə edəcək!

Misli Premyer Liqası