reklam
Mərdəkan və Qalada yeni cüdo zalları istifadəyə verildi
Sportfm.az xəbər saytı

Mərdəkan və Qalada yeni cüdo zalları istifadəyə verildi


Xəzər rayonunun Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib.
Sportfm.az bu barədə Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.

Federasiya tərəfindən hər iki zal müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunub. Zallarda paltardəyişmə otaqları, məşqçi otaqları və digər köməkçi sahələr yaradılıb. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait təmin edilib.

2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

Oxşar xəbərlər

Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başladı - FOTO
Daşkəsəndə yeni cüdo zalı açıldı - FOTO
Daha bir rayonda Cüdo Mərkəzi açıldı - FOTO
Qaxda yeni cüdo zalı açıldı
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər