reklam
Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başladı -
Sportfm.az xəbər saytı

Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başladı -FOTO


Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Sportfm.az xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

ACF tərəfindən zal müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr mövcuddur. Burada 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

Oxşar xəbərlər

Daşkəsəndə yeni cüdo zalı açıldı - FOTO
Daha bir rayonda Cüdo Mərkəzi açıldı - FOTO
Qaxda yeni cüdo zalı açıldı
Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başladı
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər