Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qaxda yeni cüdo zalı açıldı
Qaxda yeni cüdo zalının açılışı olub.
Sportfm.az xəbər verir ki, mayın 16-da Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Zalda 150-dən çox idmançı cüdo ilə məşğul olacaq.
2022-2025-ci illərdə ACF Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.
2022-ci ildən etibarən Bakı və regionlardakı 115 idman zalına federasiya tərəfindən 9500 ədədə qədər tatami verilib və 1900 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

Oxşar xəbərlər
Qubada cüdo üzrə master-klas keçirildi
Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başladı
Gəncədə cüdo təlim mərkəzinə baxış keçirildi - FOTO
Bakıda yeni cüdo zalı açıldı
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə Ramiz Məmmədovu istəmirlər - "İstefa" şüarları
-
"Karvan-Yevlax"ın legionerləri milliyə çağırıldı
-
Xüsusi Olimpiya Komitəsi ilə Cüdo Federasiyası memorandum imzaladı
-
Aşağı Divizion klubları da UEFA-da "pay" alacaq - gəlir bölgüsü dəyişir
-
Belçikadan millimizə 11 qol - Avropa çempionatı
-
“Neftçi”, “Araz-Naxçıvan” və “Şuşa”dan qələbə - Yüksək Liqa

Misli Premyer Liqası