reklam
Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək
Sportfm.az xəbər saytı

Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək


Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.
Sportfm.az xəbər verir ki, bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.

Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6–7 iyunda İsveçdə keçirəcək. Yığmanın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.

Oxşar xəbərlər

Yığmamız Türkiyədə 2 yoxlama oyunu keçirəcək
Millimizin oyunlarının proqramı açıqlandı
Millimiz 2 yoxlama oyunu keçirəcək
Azərbaycanın millisi Latviyaya yola düşdü - EEVZA çempionatı
"Sumqayıt" Antalyada neçə görüş keçirəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər