reklam
“Qəbələ” nominal meydan sahibi olacaq -
Sportfm.az xəbər saytı

“Qəbələ” nominal meydan sahibi olacaq -Pley-off


Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, püşkatmada Premyer Liqanın 11-cisi “Qəbələ”nin və 1-ci Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış “Mingəçevir”in nümayəndələri iştirak ediblər.

Püşkdə PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Qəbələ” idman direktoru Səbuhi Səfiyarlı, “Mingəçevir” isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub. Püşkatmaya əsasən, “Qəbələ” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.

PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu mayın 28-də “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək. Oyunda VAR sistemi tətbiq ediləcək.

Oxşar xəbərlər

Final matçının nominal meydan sahibi bilindi - Azərbaycan Kuboku
Pley-off matçının nominal meydan sahibi bilindi - II Liqa
"Lerik" meydan sahibi oldu - Pley-off
Pley-offun nominal meydan sahibi müəyyənləşdi - I Liqa
Finalın nominal meydan sahibi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər