reklam
Finalın nominal meydan sahibi bilindi
Sportfm.az xəbər saytı

Finalın nominal meydan sahibi bilindi


Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub.

Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 31 may tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Tovuz stadionunda açılış mərasimi keçirildi - FOTO
Finalın püşkü atıldı - Azərbaycan Kuboku
Kubokda nominal meydan sahibi bilindi - FOTO
"Keşlə" "meydan sahibi" oldu - Final
"Qarabağ" Naxçıvanda meydan sahibi olacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər