Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Final matçının nominal meydan sahibi bilindi -Azərbaycan Kuboku
Azərbaycan kubokunun final oyununun nominal meydan sahibi məlumdur
Sportfm.az xəbər verir ki, Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” mətbuat katibi Elmar Abdullazadə, “Sabah” isə klubun əməkdaşı İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Bizon Azərbaycan kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər
Pley-off matçının nominal meydan sahibi bilindi - II Liqa
"Lerik" meydan sahibi oldu - Pley-off
Pley-offun nominal meydan sahibi müəyyənləşdi - I Liqa
Finalın nominal meydan sahibi bilindi
"Qarabağ" Naxçıvanda meydan sahibi olacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası