reklam
Gənc futbolçunu maşın vurdu -
Sportfm.az xəbər saytı

Gənc futbolçunu maşın vurdu -Hadisə


Türkiyənin "Keçiörengücü" klubunun gənclər komandasının futbolçusu Abdulla Sultanoğlu vəfat edib.

Sportfm.az xəbər verir ki, 16 yaşlı futbolçu yol-nəqliyyat hadisəsində aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

Qəza mayın 16-da Ankaranın Çubuk rayonunun Cümhuriyyət məhəlləsində baş verib. Motosiklet idarə edən Sultanoğlu avtomobillə toqquşub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan futbolçu reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər üç gün onun həyatını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Abdulla Sultanoğlunun dəfn mərasimi bu gün keçirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Oxşar xəbərlər

Gənc motosikletçi yarış vaxtı öldü
Millinin futbolçusu 22 yaşında vəfat etdi
"Barselona"nın 20 yaşlı oyunçusu dünyasını dəyişdi
"Kayserispor"un prezidenti qəza törətdi
Motosikiletçi velosiped yarışında dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər