reklam
Sportfm.az xəbər saytı

"Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu


Yeni Zelandiyalı Coş Barnett "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının V mərhələsinin qalibi olub.

Sportfm.az xəbər verir ki, İspaniyanın "Burqos" komandasının üzvü finişə birinci çatıb.

Burnett Tərtər - Xankəndi marşrutu üzrə 181,3 kilometrlik məsafəni 4 saat, 16 dəqiqə, 35 saniyəyə qət edib.

"Astana"dan Henok Mulubrhana ikinci, "Burqos"un digər üzvü, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 000 avrodan çoxdur.

Oxşar xəbərlər

“Bakı-Xankəndi” velosiped turniri yekunlaşır
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi başa çatıb - FOTO
Avstriyalı qalib oldu
"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər