reklam
“Bakı-Xankəndi” velosiped turniri yekunlaşır
Sportfm.az xəbər saytı

“Bakı-Xankəndi” velosiped turniri yekunlaşır


“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına bu gün yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, Tərtərdə start götürən 5-ci mərhələ Xankəndidə başa çatacaq.

Velosipedçilər Ağdam, Füzuli və Şuşadan da keçməklə 181,3 kilometr məsafəni qət edəcəklər.

İlk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın “Bardiani CSF 7 Saber” komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 000 avrodan çoxdur.

Oxşar xəbərlər

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi başa çatıb - FOTO
Avstriyalı qalib oldu
"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi
Sahib Ələkbərov :"Bu yarışa olan marağı daha da artırıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər