reklam
Sportfm.az xəbər saytı

"Klub prezidenti artıq heyətin gücləndirilməsi ilə bağlı tapşırıq verib" -Kurban Berdıyev


"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 31-ci turunda "Karvan Yevlax"a qalib gəldikləri matç (1:0) haqda danışıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi ilk olaraq futbolçuların tapşırığın öhdəsindən gəldiklərini vurğulayıb:

"Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar üzərlərinə düşən məsuliyyəti tam dərk edirdilər. Şükür Allaha ki, yekunda qələbə qazanaraq verilən tapşırığın öhdəsindən layiqincə gəldik".

Təcrübəli mütəxəssis avrokuboklara vəsiqənin rəsmiləşməsini şərh edərək bu nəticənin onun karyerasında xüsusi yer tutduğunu bildirib:

"Azərbaycandakı bu uğurum karyeramda xüsusi bir yer tutur. Çünki mən bura gələndə klub prezidenti qarşımıza çox xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Bu layihəyə öz ürəyini qoyduğu üçün klub prezidentinə təşəkkür edirəm. Həmçinin bu müddət ərzində harada oynamağımızdan asılı olmayaraq bizə daim dəstək olan azarkeşlərimizə minnətdaram. Bu uğurun xüsusi əhəmiyyəti ondadır ki, son 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və bu gün gəldiyimiz nöqtə artıq avrokuboklara vəsiqə qazanmağımızdır".

Berdiyev komandanın avrokuboklar üçün ciddi şəkildə gücləndirilməli olduğunu və qitə miqyaslı turnirdə iştirakın yeni transferləri cəlb etməkdə işlərini asanlaşdıracağını qeyd edib:

"Klub prezidenti artıq heyətin gücləndirilməsi ilə bağlı tapşırıq verib. Hazırda yeni futbolçular dəvət etmək üçün müxtəlif variantlar axtarırıq. Adətən oyunçuları dəvət edəndə onlar ilk növbədə klubun avrokuboklarda çıxış edib-etmədiyinə baxırlar. Bu baxımdan indi transfer məsələlərində işimiz daha asan olacaq".

Növbəti mövsüm üçün hədəflər barədə danışan mütəxəssis bu mövsümün çempionu "Sabah"ı da nümunə göstərib:

"Növbəti mövsüm Premyer Liqada hədəflərin yüksəlib-yüksəlməyəcəyi barədə isə indidən qəti söz demək çətindir. Bu, birbaşa komandanın nə dərəcədə güclənəcəyindən asılı olacaq. Məsələn, baxın, "Sabah" çox güclü heyətə sahib olduğu üçün çempion oldu, bunu inkar edə bilmərik. Məhz yeni gələn oyunçular onların oyununu canlandırdı. Təbii ki, burada baş məşqçi amili də özünü tam doğrultdu".

Oxşar xəbərlər

Kurban Berdıyev azarkeşlərdən üzr istədi
Arne Slot: Qurban Qurbanovun etdiyini mən təkrarlaya bilməzdim”
"Yaxşı məşq etdik" - Kurban Berdıyev
"Azarkeşlərimizi komandamızı dəstəkləməyə çağırıram" - "Qarabağ"ın prezidenti
Kurban Berdıyev "Neftçi"nin udmadıqları üçün təəssüfləndi: Biz çoxuna ümid edirdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər