reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"la "Turan" üz-üzə -YENİLƏNİR


Bu gün Azərbaycan Premyer Liqasının daha bir matçı oynanılacaq.

Sportfm.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Turan Tovuz"u qəbul edəcək.

Saat 19:30-da start veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək.

Ağdam təmsilçisi 59 xalla turnir cədvəlinin 2-cisidir. 3-cü pillədə olan tovuzlular isə onlardan 3 xal geridədir.

Hər iki komanda Avropa Liqasına vəsiqə şansı verən 2-ci yer uğrunda mübarizə aparır.

"Sabah" Bizon Azərbaycan Kubokunun finalında "Zirə"yə qalib gəlsə, bu komandalardan biri qitənin səviyyəcə ikinci klub turnirinə yollanacaq.

Tərəflər indiyədək 14 dəfə üz-üzə gəlib. "Köhlən atlar" bu qarşılaşmalardan 10-unda qələbə qazanıb. 2 görüşdə qərb təmsilçisi qələbə qazanıb və eyni sayda da heç-heçə qeydə alınıb. Topların nisbəti ağdamlıların xeyrinədir - 31:14. “Qarabağ” son 4 görüşdə qol vurub. “Turan Tovuz” son 3 matçda xal qazanmayıb.

Azərbaycan Premyer Liqası
XXX tur
4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
T.Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər

"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa
Bu gün Qərb derbisi var - Premyer Liqa
Tofiq Bəhramov adına Respublika Stadionunda önəmli oyun - Premyer Liqa
“Qarabağ” “Zirə”nin növbəti dueli - Premyer Liqa
“Qarabağ” “Turan"a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər