reklam
Bu gün iki oyun var -
Sportfm.az xəbər saytı

Bu gün iki oyun var -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, günün ilk qarşılaşması "Karvan-Yevlax" və "Zirə" arasında olacaq.

Yevlax şəhər stadionunda saat 15:00-da gerçəkləşəcək matçı baş hakim Rəşad Əhmədov idarə edəcək.

Hazırda "Zirə" 24 oyundan 39 xalla 5-ci, "Karvan-Yevlax" 8 xalla 12-ci yeri tutur.

Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv bu mövsüm debüt edən əyalət komandasına hər iki matçda qalib gəlib - 3:2, 1:0. Başqa sözlə, “Karvan-Yevlax”ın ev oyununda hər iki komanda qol vurub.

Günün digər matçında isə "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcək. "Bank Respublika Arena"da saat 19:15-də başlanacaq oyunu referi Rəvan Həmzəzadə idarə edəcək.

Hazırda "Sabah" 24 oyundan 59 xalla 1-ci, "Sumqayıt" 32 xalla 7-ci yerdə gedir. Əvvəlki 29 matçın 15-də Masazır, 8-də "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 6-sı isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Sabah"ın üstünlüyü belədir - 54:29.

Son 3 görüşdə hər iki komanda qol vurub. “Sumqayıt” axırıncı 4 matçda qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, XXV tur
19 mart (cümə axşamı)
15:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”

Qeyd edək ki, XXV turun açılış matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Turun qalan oyunları 20-21 martda olacaq.

Oxşar xəbərlər

“Sabah” – “Sumqayıt” matçı Həmzəzadəyə tapşırıldı
Bu gün Qərb derbisi var - Premyer Liqa
Tofiq Bəhramov adına Respublika Stadionunda önəmli oyun - Premyer Liqa
“Turan Tovuz” “Sumqayıt”a, “Sabah” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa
Debütant Masazırda qələbə sorağında - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər