Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UFC Bakı turnirinin bilet satışı başlayır -Tarix məlumdur
Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev və meksiyalı Manuel Torresin görüşünə biletlər mayın 15-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Bu barədə Sportfm.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Biletlər iTicket üzərindən satışa təqdim olunacaq. "UFC Fight Club" üzvləri biletlərini mayın 13-də, saat 10:00-da əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslərə isə biletlər bir gün sonra təqdim olunacaq.
Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Oxşar xəbərlər
Fiziyevin Bakıda döyüşü olacaq - Tarix məlumdur
“Qarabağ”ın səfər matçına biletlər satışa çıxır - Çempionlar Liqası
UFC Azərbaycana gəlir - Anlaşma
İdmançımız UFC-də 12-ci döyüşünü keçirəcək
“Qarabağ” – “Viktoriya”: biletlər satışa nə vaxt çıxarılacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası