reklam
Fiziyevin Bakıda döyüşü olacaq -
Sportfm.az xəbər saytı

Fiziyevin Bakıda döyüşü olacaq -Tarix məlumdur


Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.

Sportfm.az xəbər verir ki, idmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.

İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov (Rusiya) ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Miçel Pereyra (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

Bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Oxşar xəbərlər

Bu gün Bakıda ilk dəfə UFC keçiriləcək
Tofiq Musayev Azərbaycanda keçiriləcək UFC -də iştirak edəcək
Ulduzlar Bakıya gəlir
"İyunun 21-i Bakıda olacağıq" - Dana Uayt
İdmançımız UFC-də 12-ci döyüşünü keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər