Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boris Xetaqurovun “50 il futbolda” kitabının təqdimatı baş tutdu
Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun “50 il futbolda” kitabının təqdimat mərasimi keçirilib.
Sportfm/az xəbər verir ki, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.
Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Xeqaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.
Daha sonra Qayıbov, Xetaqurovun öz sahəsində peşəkar olduğunu deyib:
“Belə tədbirlər veteranlar və gənclər üçün çox vacibdir. Veteranların təcrübələrini bölüşməsi önəmlidir. Bu kitabda çox maraqlı hadisələr əks olunub. Boris müəllim vaxtilə buradakı veteran oyunçulara da dəstək olub, hamısını yaxından tanıyır. “Neftçi” kimi komandada uzun illər çalışmaq onun üçün şərəfdir. Boris Xetaqurov milli komandamızda da çalışıb. Onun haqqında çox danışa bilərəm. İndiki dönəmdə də bəzi həkimlərə məsləhətlərini verir. İdman həkimi deyəndə hamı Boris Xetaqurovu yada salır. Sizə təşəkkür edirəm”.
Sonra isə tədbirdə iştirak edən digər şəxslər çıxış ediblər.

Oxşar xəbərlər
“Qara Qarayev” kitabının təqdimatı oldu - FOTO
Nazir Dünya Antidopinq Konfransında iştirak etdi
Nazir federasiya nümayəndələri ilə görüş keçirdi
“İdman Paytaxtı 2025”-in açılış mərasimi keçirilib - FOTO
Yeni nazir Azərbaycan - Portuqaliya matçı haqqında danışdı - "Çox təəssüf ki, komandamız məğlub oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası