reklam
Nazir Dünya Antidopinq Konfransında iştirak etdi
Sportfm.az xəbər saytı

Nazir Dünya Antidopinq Konfransında iştirak etdi


Gənclər və idman naziri Fərid Qayıbov Koreyanın Busan şəhərində Dünya Antidopinq Konfransında (“World Anti-Doping Conference 2025”) iştirak edib.

Sportfm.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Konfransda çıxış edən nazir antidopinq siyasətinin qlobal problemlərinə toxunub, həmçinin, Azərbaycanın antidopinq sahəsində həyata keçirdiyi tədbirlər, beynəlxalq əməkdaşlıq fəaliyyəti və gələcək prioritetlər barədə məlumat verib.

Qayıbov çıxışında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi (“sport lifestyle”) və digər uğurlu layihələr haqqında da danışıb.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka və Busan Böyükşəhər Bələdiyyəsinin meri Park Heonq-cun ilə müxtəlif görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Nazir federasiya nümayəndələri ilə görüş keçirdi
AMADA rəsmiləri WADA-nın 2025-ci il üçün simpoziumunda iştirak etdi
Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü
Fərid Qayıbov Estoniyaya səfər etdi
Nazir Mesut Özillə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər