Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan" finalda -Yüksək Liqa
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, "Turan" və "Gəncə" kollektivləri arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.
Tovuz komandası birinci görüşdə də rəqibinə eyni hesabla qalib gəlmişdi.
"Turan" finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. "Gəncə" isə üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
Xatırladaq ki, final matçı 19 aprel tarixində Bakıda keçiriləcək.

Oxşar xəbərlər
Yüksək Liqada yarımfinal cədvəli məlum oldu
Yüksək Liqada ilk final matçı keçirildi
Finalçılar məlum oldu - Yüksək Liqa
Azərbaycan çempionatında finalçı müəyyənləşdi
“Azərreyl”dən qələbə - Azərbaycan çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası