reklam
Yüksək Liqada yarımfinal cədvəli məlum oldu
Sportfm.az xəbər saytı

Yüksək Liqada yarımfinal cədvəli məlum oldu


Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin oyun cədvəli müəyyənləşib.

Sportfm.az xəbər verir ki, mərhələyə aprelin 8-də start veriləcək.

Aprelin 8-də saat 16:00-da “Gəncə” “Turan”la qarşılaşacaq. Saat 18:00-da isə “Milli Aviasiya Akademiyası” və “DH Volley” komandaları üz-üzə gələcəklər. Tərəflər arasında ikinci görüşlər aprelin 11 və 13-də baş tutacaq.

Yarımfinalın üç oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Aprelin 11-də baş tutacaq “Turan” – “Gəncə” matçı isə Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Reqlamentə əsasən, yarımfinal mərhələsinin görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Oxşar xəbərlər

Pley-off oyunlarının vaxtı bilindi - Yüksək Liqa
Yüksək Liqada ilk final matçı keçirildi
Yüksək Liqada XVIII tura start verilir
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı
12-ci turun oyun cədvəli açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər