Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatları tarixində rekord
Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.
Sportfm.az xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.
Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əsilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının XXVII turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.
72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.
Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.
Qeyd edək ki, Premyer Liqada 2016/17 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.

Oxşar xəbərlər
“Araz-Naxçıvan”ın legionerindən Premyer Liqada 25-ci qol
Azərbaycan çempionatları tarixinə düşdü
"Neftçi"nin kapitanı 50-ci qolunu vurdu - Premyer Liqa
“Neftçi”nin futbolçusundan 60-cı qol - Azərbaycan çempionatlarında
150-ci oyun, 30-cu qol - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası