Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatları tarixinə düşdü
Misli Premyer Liqasının 18-ci turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.
Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu 5-ci turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.
Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.

Oxşar xəbərlər
Premyer Liqada 4-cü het-trik
Andrade bunu edən ilk futbolçu oldu
Azərbaycan futbolunda mütləq rekord
“Kəpəz”in futbolçusu 50-yə çatdı
Davit Volkovdan bir ilk - Het-trik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası