Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
U-15 Liqasının qalibi mükafatlandırıldı -FOTO
Boulevard Hotel U-15 Liqasında XXX turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, “Qarabağ” – “Vətən” (0:2) qarşılaşması başa çatdıqdan sonra mövsümü birinci və üçüncü yerdə başa vurmuş komandaların mükafatlandırılması mərasimi keçirilib.
Mükafatları AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Vətən Futbol Məktəbinin direktoru Mustafa Həsənov təqdim ediblər.
Boulevard Hotel U-15 Liqasının 2017/2018-ci il mövsümünün qalibi "Vətən" komandası olub. “Qəbələ” ikinci, "Keşlə" isə üçüncü yeri tutub. Kamran Şabıyev (“Qarabağ”) liqanın ən yaxşı qapıçısı, Kamal Kazımov (“Qəbələ”) ən yaxşı oyunçusu seçilib. “Vətən” komandasının üzvü Elvin Abdullayev isə bombardir olub.
Qeyd edeək ki, "Qəbələ" komandasına mükafatlar Qəbələdə təqdim ediləcək.
Oxşar xəbərlər
U-17 Liqasının qalibləri mükafatlandırıldı - FOTO
U-16 Liqasının qalibləri mükafatlandırıldı - FOTO
"Qəbələ" layiq olduğunu aldı - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
“Keşlə” komandası liqanın qalibi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası