Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncədə Azərbaycan çempionatının açılışı keçirildi
Gəncə şəhərində 8-18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, çempionat oğlan və qız kateqoriyalarına bölünməklə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında keçirilir.
Yaş qrupları üzrə “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının
formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı”na əsasən Azərbaycan
çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya və Avropa
çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa
çempionatına ezam ediləcək. 8, 10, 12 yaş qrupunun dünya çempionatı formatını dəyişdiyi üçün bu yaş qrupları yüksək nəticələr qazanan şahmatçılar dünya kubokunda iştirak edəcək.
Yarışa martın 30-da yekun vurulacaq.

Oxşar xəbərlər
Azərbaycan çempionatları Gəncədə keçiriləcək
Gəncə MDB-nin İdman Paytaxtıdır - FOTO
Bakıda Dünya Kubokunun açılış keçirildi
“İdman Paytaxtı 2025”-in açılış mərasimi keçirilib - FOTO
AŞF-dan milli komandalarla bağlı yenilik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası