reklam
PROBLEM - Aylardır maaş almırlar,
Sportfm.az xəbər saytı

PROBLEM - Aylardır maaş almırlar, "Şuşa" çempionatı tərk edir...


Azərbaycan futzalında tənəzzül davam edir. Futzal yığmamızın zəif nəticələri ilə yanaşı, futzal üzrə ölkə çempionatının da ildən-ilə səviyyəsi aşağı düşür. Bu da təbii ki, klublarımızın(Bax: "Araz-Naxçıvan"ın) avrokuboklarda uğursuzluğuna gətirib çıxarır.

Bütün bunlar azmış ki, indidə ölkə çempionatını mövsümün gedişində ikinci komanda yarımçıq tərk edə bilər.

Saytımıza daxil olan informasiyaya görə, "Lənkəran" komandasından sonra "Şuşa" da can üstədi.

Buna səbəb isə Futzal Federasiyasının verdiyi sözü tutmamasıdı. Belə ki, qurumun prezidenti Zaur Axundovun tapşırığı və dəstəyi ilə bu mövsümün əvvəlində Yüksək Liqada oynamaq hüququ qazanan "Lənkəran" və Şuşa" komandalarından birincilər verilən söz tutulmadığı və kluba heç bir maliyyə dəstəyi olmadığına görə, yanvarda çempionatı tərk etdilər.

Deyəsən, indi eyni yolla "Şuşa" komandası da gedəcək. Dekabr ayına qədər bu kluba dəstək verən federasiya, yeni ildən sonra bu dəstəyi kəsib. Yəni komandanın üzvləri 2026-cı il başlayandan maaş üzünə həsrətdir. Vəziyyət o həddə çatıb ki, futzalçılar oyunlara çıxmaq istəmirlər və klubun çempionatı tərk etməsi mümkündü. Yəni durum bu qədər kritikdi. Oyunçular aylardır maaş üzünə həsrətdir.

Bu isə onu göstərir ki, yarım-yamalağ Azərbaycan çempionatı gözdən pərdə asmaq üçün keçirilir.

Oxşar xəbərlər

21 qolla qələbə qazandılar - Futzal üzrə Yüksək Liqa
“Araz-Naxçıvan” 7 top vurdu - Futzal üzrə Yüksək Liqad
“Şuşa”nın heyətində yeni oyunçular - Transfer
“Şuşa” 4 oyunçu ilə anlaşdı
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər