Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Beynəlxalq Cüdo Federasiyasının nümayəndəsi AMADA-nın qonağı oldu
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının hüquqşünası Tamas Vass və antidopinq koordinatoru Andrea Ember Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qonağı olublar.
Qonaqlar AMADA-nın fəaliyyəti ilə yaxından tanış olub, agentliyin təmiz idmanın təşviqi istiqamətində həyata keçirdiyi layihələr, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə məlumatlandırılıblar.
Qurum rəsmiləri Azərbaycanda təmiz və ədalətli idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, bu sahədə əldə olunan nailiyyətləri xüsusi vurğulayıblar.
Görüş çərçivəsində antidopinq sahəsində testetmə və təhsil istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Oxşar xəbərlər
Azərbaycanla Litva arasında antidopinq sahəsində əməkdaşlıq
Azərbaycanla Polşa arasında əməkdaşlıq müzakirə olundu - Antidopinq sahəsində
AMADA rəhbərliyi Almaniyaya işgüzar səfər etdi
AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirildi
AMADA-nın icraçı direktoru Karl Universitetinin nümayəndəsi ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası