Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AMADA-nın icraçı direktoru Karl Universitetinin nümayəndəsi ilə görüşdü
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə Çexiyanın paytaxtı Praqada Karl Universitetinin Bədən tərbiyəsi və idman fakültəsinin katibi Radim Zelenko ilə görüşüb.
Sportfm.az xəbər verir ki, AMADA-nın rəsmisi görüşdə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.
Toplantıda idmanda dopinqlə mübarizə sahəsində təhsil siyasəti paradiqmasına yenidən baxılması və uzunmüddətli əməkdaşlığın qurulması imkanları müzakirə olunub.
Həm Azərbaycan, həm də Çexiya idmançılarının fərdi ehtiyaclarını ödəməyə qadir olan inklüziv təlim mühitinin yaradılmasının vacibliyi vurğulanıb. Tərəfdaşlıq həm idmançıların özlərini, həm də onların yardımçı heyətini (məşqçilər, həkimlər, fizioterapevtlər və s.) əhatə etməklə, təmiz idman sahəsində təhsilin yüksək səviyyədə saxlanmasına və etik dəyərlərin formalaşdırılmasına yönəlib.
Bundan əlavə, antidopinq sahəsində birgə təlim və tədqiqat proqramlarına başlanılması barədə razılıq əldə olunub. Bu əməkdaşlıq Praqadakı Karl Universiteti ilə AMADA arasında təcrübə mübadiləsini nəzərdə tutur ki, bu da təhsil komponentini daha diqqətli və effektiv edəcək.
Görüş Azərbaycan Milli Antidopinq Agentliyinin təhsil siyasətinin yenilənməsi istiqamətində həlledici addımları ifadə etməklə yanaşı, iki ölkə arasında idmanda dopinqdən istifadəyə qarşı birgə mübarizəyə yönəlmiş təlim və tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Oxşar xəbərlər
AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir
ADBTİA AMADA ilə əməkdaşlığa başladı
AMADA-nın icraçı direktoru Monitorinq qrupunun iclasında iştirak etdi
AMADA yeni əməkdaşlıq müqaviləsi imzaladı
Dopinqinlə mübarizənin strateji inkişaf istiqamətləri müzakirə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası