Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Azərbaycanla Litva arasında antidopinq sahəsində əməkdaşlıq
Azərbaycanla Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Sözügedən ölkənin paytaxtı Vilnüsdə Litva Antidopinq Agentliyinin (LTUNADO) yaradılmasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Tədbirdə ölkəmizi AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.
Konfransda antidopinq təşkilatlarının inkişafı və əməkdaşlıq perspektivləri, Adizes metodologiyasına əsasən təşkilati transformasiya, idman təşkilatlarının oyun sənayesi ilə əlaqəsi mövzusunda müzakirələr aparılıb.
Konfrans çərçivəsində AMADA ilə LTUNADO arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və LTUNADO-nun direktoru Ruta Banyte imza atıblar.
Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, həmçinin innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək.
Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil, təhqiqat, terapevtik istifadəyə icazə və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər
Azərbaycanla Polşa arasında əməkdaşlıq müzakirə olundu - Antidopinq sahəsində
AMADA rəhbərliyi Almaniyaya işgüzar səfər etdi
Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalandı
AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirildi
AMADA-nın icraçı direktoru Karl Universitetinin nümayəndəsi ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin