Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
1937-ci ildən başlayan hekayə... -VİDEO
“Neftçi” klubunun yaradılmasından 89 il ötür. Azərbaycanın ən köklü klubu 1937-ci ildə yaradılıb, 1968-ci ilədək “Neftyanik” adlandırılıb. Rəngləri “ağ-qara” olan komandanın “Flaqman”, “Xalq komandası” və “Neftçilər” kimi ləqəbləri var.
Sportfm.az xəbər verir ki, “Neftçi” yaradıldığı 1937-ci ildə SSRİ çempionatında çıxış edib. İlk dəfə 1949-cu ildə SSRİ çempionatının Güclülər dəstəsində iştirak etmək hüququ qazanan “Flaqman” 1950, 1960-1972, 1977-1988-ci illərdə də bu dəstədə mübarizə aparıb. Komanda bu dönəmdə ən böyük uğuruna 1966-cı ildə 3-cü yeri tutaraq bürünc medallar qazanmaqla imza atıb. “Ağ-qaralar” 1967, 1968, 1970, 1971-ci illərdə SSRİ kubokunun yarımfinalçısı, 1988-ci ildə isə SSRİ Futbol Federasiyası Kubokunun finalçısı olub.
Ölkədə ən böyük azarkeş ordusuna malik olan “Neftçi” 9 dəfə – 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012, 2013 və 2021-ci illərdə Azərbaycan çempionatının qızıl medallarına sahib çıxıb. “Xalq komandası” 6 dəfə ölkə kubokunun (1995, 1996, 1999, 2004, 2013, 2014), 2 dəfə isə superkubokun (1993, 1995) qalibi olub. 2006-cı ildə isə “Birlik Kuboku”nu başı üzərinə qaldırıb. “Neftçi” 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atıb.

Oxşar xəbərlər
“Neftçi” veteran futbolçuları təbrik etdi
“Neftçi” Tuayevi təbrik etdi
88 yaşını titulsuz qeyd edən "Neftçi" - Ad günü
Bü gün Anatoli Banişevskinin doğum günüdür
Anatoli Banişevskinin doğum günündən 71 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası