reklam
Bü gün Anatoli Banişevskinin doğum günüdür
Sportfm.az xəbər saytı

Bü gün Anatoli Banişevskinin doğum günüdür


Bu gün futbolçu Anatoli Banişevskinin doğum günüdür.

Sportfm.az xəbər verir ki, Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib çıxan ukraynalının ailəsində doğulub.

İlk dəfə futbola paytaxtın “Lokomotiv” klubunda başlayıb. Sonradan o zaman “Neftyanik” adlanan indiki “Neftçi” klubuna keçib.1963-cü ildə “Neftçi”də debüt edən Anatoli burada 1978-ci ilə qədər oynayıb. Debütündən cəmi üç il sonra, 1966-cı ildə “Neftçi”nin futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.

Hücumçu mövqeyində çıxış edən Banişevski “Neftçi” ilə 288 oyunda 121 qol vurub. Rusiya və Ukrayna klublarından dəfələrlə təkliflər alsa da, Anatoli Banişevski Bakını tərk etmək istəməyib. “Neftçi”dəki parlaq oyunu sayəsində o, SSRİ yığmasının tərkibində 1965-ci il iyulun 4-də Braziliya millisi ilə yoldaşlıq matçında debüt edib.

Məşhur hücumçu SSRİ yığması ilə 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığması ilə Banişevski 50 oyun keçirib və 20 qol vurub. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu “Neftçi” olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılmaq qərarına gəlib.
O, 1984-87-ci illərdə Mingəçevirin “Avtomobilçi” komandasında, 1987-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurub, 1996-cı ildə boşanıb. Milena və Marina adlı qızları var.

Şəkərli diabetdən əziyyət çəkən Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib.

O İkinci Fəxri Xiyabanda dəfn olunub.

Anatoli Banişevski, UEFA-nın versiyasına görə, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

Oxşar xəbərlər

"Mən Azərbaycanın çörəyi ilə böyümüşəm" - Banişevskinin 75 yaşı tamam olur
Anatoli Banişevski - 73
Yaşasaydı 72 yaşı olacaqdı...
Anatoli Banişevskinin doğum günündən 71 il ötür
Anatoli Banişevski: "Həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim”...." -VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər