reklam
Anatoli Banişevskinin doğum günündən 71 il ötür
Sportfm.az xəbər saytı

Anatoli Banişevskinin doğum günündən 71 il ötür


Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 71 il ötür.
 
Sportfm.az xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. O, 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. O, "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirinin "Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub.

Hər zaman "Neftçi”yə sadiq qalmış "9 nömrə” bütün "Neftçi” azarkeşlərinin yaddaşında əbədi olaraq qalacaq. Doğum günün mübarək, Banya!

Oxşar xəbərlər

Bü gün Anatoli Banişevskinin doğum günüdür
"Mən Azərbaycanın çörəyi ilə böyümüşəm" - Banişevskinin 75 yaşı tamam olur
Anatoli Banişevski - 73
Ələtli futbolçular Banişevskini ən yaxşı şəkildə andılar - FOTO
Yaşasaydı 72 yaşı olacaqdı...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər