Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
55 yaşlı türkiyəli məşqçi vəfat etdi
Livan Premyer Liqasında çıxış edən "Nejmeh" klubunun baş məşqçisi Engin Fırat qəfil vəfat edib.
Sportfm.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis dünən Livandan vətəninə dönərkən İstanbul Hava Limanında ürək çatışmazlığından dünyasını dəyişib.
Engin Fıratın məşqçilik karyerası 2002-ci ildə "Fənərbaxça" klubunda məşhur məşqçi Verner Lorantın köməkçisi kimi başlayıb. Daha sonra o, Almaniyada LR Ahlen və Cənubi Koreyada Incheon United, Türkiyədə isə "Sivasspor" kimi klublarda müxtəlif vəzifələrdə çalışıb.
İran futbolunda da öz izini qoyan Fırat, Saipa FC və Sepahan komandalarını çalışdırıb, milli komandada əfsanəvi futbolçu Əli Daei ilə əməkdaşlıq edib. 2019-cu ildə Moldova milli komandası, 2021-2024-cü illərdə isə Keniya milli komandası ilə 21 oyunda rəhbərlik edib.
Son olaraq, 8 fevral 2026-cı ildə Livanın aparıcı klublarından olan Nejmeh SC ilə müqavilə bağlayan məşqçi, həmçinin 2023 və 2025-ci illərdə adı Azərbaycan milli komandası ilə hallanmışdı.

Oxşar xəbərlər
Türkiyəli məşqçi hava limanında həyatını itirdi
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
Ömrünü Tovuz futboluna həsr edən kapitan - Anım günü
Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq? - FOTO
Yığmamızın sabiq baş məşqçisi vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası