Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ömrünü Tovuz futboluna həsr edən kapitan -Anım günü
Bu gün "Turan"ın əfsanəvi kapitanı və baş məşqçisi Sakit Alıyevin anım günüdür.
Sportfm.az xəbər verir ki, Alıyev uzun sürən xəstəlikdən sonra 2015-ci ilin 12 oktyabrında 50 yaşında ikən dünyasını dəyişib.
Sakit Alıyev 1965-ci il dekabrın 22-də Tovuzda anadan olub. O, futbolçu karyerasına 1992-ci ildə "Turan"da başlayıb. 1997-ci ildə "Kəpəz"ə keçsə də, bir il sonra Tovuz komandasına qayıdıb və karyerasını başa vurduğu 2004-cü ilədək orada çıxış edib. 2005-ci ildə isə S.Alıyev "Turan"da baş məşqçi Naci Şensoyun köməkçisi kimi fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarından etibarən o, qısa fasilələrlə komandada baş məşqçi və məşqçi kimi çalışıb. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis yerə yıxılıb. Həmin vaxtdan o, daim həkim nəzarətində olub. S.Alıyev futbolçu kimi 1994-cü ildə "Turan"la, 1998-ci ildə isə "Kəpəz"lə ölkə çempionu olub. 1995-ci ildə Tovuz komandası ilə gümüş, 1992 və 1993-cü illərdə bürünc medal qazanıb.
Qeyd edək ki, mərhum Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.

Oxşar xəbərlər
Kaxaber Sxadadze yenidən Azərbaycanda - TƏYİNAT
Bü gün Anatoli Banişevskinin doğum günüdür
Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun anım günüdür
"Qəbələ" iki yerli futbolçu ilə gücləndi
Millimizin sabiq üzvü “Zirə”də baş məşqçi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası