reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Çempionlar Liqasında çətin sınaq qarşısında!


"Qarabağ" ölkəmizi ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.

Sportfm.az saytı qafqazinfo-ya istinadən xəbər verir ki, təmsilçimiz qrup oyunları zamanı səfər matçlarına ən çox məsafə qət edəcək klub olacaq. "Qarabağ" ümumilikdə 10 min 941 km yol gedəcək.

Ən az məsafəni isə "Anderlext" gedəcək. Belçika təmsilçisi "Qarabağ"dan 7 dəfə az yol getməli olacaq - 1664 km.

"Köhlən atlar"dan sonra ən uzun məsafəyə səfər edəcək komanda Kipr təmsilçisi APOEL-dir. Bu klub 9263 km yol qət edəcək. Üçüncü sırada isə Moskva ÇSKA-sı yer alıb - 8699 km.

Qeyd edək ki, "Qarabağ" C qrupunda "Çelsi", "Atletiko Madrid" və "Roma" ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi
"Qarabağ" Azərbaycanı tərk edir
Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm
UEFA "Qarabağ"ın oynayacağı stadionları açıqladı
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər