Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
15 yaşlı futbolçu oyunda dünyasını dəyişdi
"Oksford Yunayted" futbol klubu akademiyasının 15 yaşlı üzvü Ameliya Eplinin faciəvi ölümü ilə bağlı bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, hadisə klubun Horspat məşq mərkəzində, "Oksford" və "Fulhem"in qızlardan ibarət akademiya komandaları arasındakı matç zamanı baş verib.
Gənc qapıçı oyunun gedişində qəfildən yerə yıxılıb. Hər iki klubun tibbi heyətinin və hadisə yerinə çağırılan təcili yardım xidmətinin müdaxiləsinə baxmayaraq, xəstəxanaya çatdırılan Ameliyanın həyatını xilas etmək mümkün olmayıb. Klubun bəyanatında deyilir: "Dərin kədər hissi ilə 15 yaşlı akademiya oyunçumuz Ameliya Eplinin ölümünü elan edirik. Bütün "Oksford"un duaları Ameliyanın ailəsi, dostları və komanda yoldaşları ilədir".
Faciə ilə əlaqədar "Oksford Yunayted"in qadın komandasının martın 8-nə planlaşdırılan "Real Bedford"a qarşı oyunu təxirə salınıb.

Oxşar xəbərlər
39 yaşlı idmançı yarış zamanı dünyasını dəyişdi - Hadisə
37 yaşlı hakim məşqdə öldü
Futbolçu oyun zamanı dünyasını dəyişdi
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
17 yaşlı futbolçu məşq zamanı dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası