reklam
Futbolçu oyun zamanı dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

Futbolçu oyun zamanı dünyasını dəyişdi


İtaliyanın beşinci divizion komandasının yarımmüdafiəçisi Kastelfiorentino Mattia Canni dünyasını dəyişib.
Sportfm.az xəbər verir ki, o, bazar günü matç zamanı infarkt keçirib. 26 yaşlı futbolçu yerə yıxılıb. Həkimlər futbolçuya müdaxilə etmək üçün meydana qaçıblar. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

İtaliya Futbol Federasiyası (FIGC) Canninin vəfatı ilə bağlı başsağlığı verib. Həmçinin federasiyanın himayəsi altında keçiriləcək bütün turnirlərin qarşıdakı matçlarının bir dəqiqəlik sükutla başlayacağı açıqlanıb.

Oxşar xəbərlər

"Barselona"nın 20 yaşlı oyunçusu dünyasını dəyişdi
Millinin üzvü oyun zamanı öldü
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Oyunu zamanı jurnalist dünyasını dəyişdi - DÇ-2022
Gimnast məşq zamanı dünyasını dəyişdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər