reklam
Sportfm.az xəbər saytı

"Turan" və "Kəpəz" səfərdə -Premyer Liqa


Azərbaycan Premyer Liqasında XXIII tur davam edir.

Sportfm.az xəbər verir ki, turun üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Zirə" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 18:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Kamal Umudlu idarə edəcək.

Günün digər oyunu isə turun prinsipial qarşılaşmalarından sayılır. Belə ki, "Neftçi" evdə "Turan Tovuz" ilə üz-üzə gələcək. Küveytdə arzuolunmaz vəziyyətlə üzləşən və vətənə iki gün əvvəl dönə bilən FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 20:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki oyun günlərində "Karvan-Yevlax" "Sumqayıt" ilə (1:1), "Şamaxı" "İmişli" ilə (0:0) bərabərə qalıb, "Qarabağ" isə "Araz-Naxçıvan"ı böyük hesabla (6:0) məğlub edib.

Tura sabah “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXIII tur
9 mart

18:30. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
VAR: Elvin Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə. İdman Kompleksinin stadionu.

20:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev, Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Palms Sports Arena”.

Oxşar xəbərlər

Küveytdən qayıdan Əliyar Ağayev "Turan"ın matçına təyinat aldı
“Qarabağ” – “Neftçi” matçını idarə edəcək hakim bilindi
“Neftçi” – “Turan Tovuz” matçının hakimləri bilindi
Oyunu Əliyar Ağayev idarə edəcək - Təyinat
"Zirə" – "Qarabağ" matçının hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər