Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tramp: "O, tarixin ən böyük futbolçusudur"
ABŞ Prezidenti Donald Tramp 2025-ci il Major League Soccer (MLS) çempionu olan “İnter Mayami” futbol klubunun üzvlərini Ağ Evdə qəbul edib.
Sportfm.az xəbər verir ki, görüş komandanın MLS kubokunu qazanması münasibətilə təşkil olunub.
Tramp çıxışı zamanı futbolçuları təbrik edib və komandanın ulduz oyunçularından Lionel Messinin adını xüsusi qeyd edib. Görüş zamanı prezident oğlu Barronun böyük bir Messi azarkeşi olduğunu bildirib. Tramp çıxışında futbolçunun şəxsiyyətini yüksək qiymətləndirərək ona təşəkkür edib. Görüş maraqlı bir anla da yadda qalıb. Belə ki, dövlət başçısının "Tarixin ən yaxşısı Pele, yoxsa Messidir?" sualına hər kəsin "Messi" cavabını verməsindən sonra Tramp da bu fikirlə razılaşaraq argentinalı ulduzu "bütün zamanların ən böyük futbolçusu" adlandırıb.
ABŞ Prezidenti həmçinin çıxışında İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı qısa məlumat verib və Kuba ilə mümkün diplomatik razılaşmanın müzakirə olunduğunu bildirib.
“İnter Mayami” klubunun sahibi Xorxe Mas da tədbirdə çıxış edərək komandanı qəbul etdiyi üçün ABŞ prezidentinə təşəkkür edib və klub adından Trampa xatirə hədiyyələri təqdim edib.
Qeyd olunur ki, tədbirin sonunda Donald Tramp jurnalistlərin suallarını cavablandırmayıb.

Oxşar xəbərlər
Tramp Həbibi dünyanın ən güclü döyüşçüsü adlandırdı
"Bu, müdrik və böyük addımdır" - Tramp
Trampa "İran agenti olan "Barselona"nın baş məşqçisini şikayət etdilər" - "Uyğun davranın"
İvanka Tramp Olimpiadada - FOTO
Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası