Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmadı
Əfsanəvi futbolçu Diyeqo Maradona Amerika prezidenti Donald Tramp haqqında xoşagəlməz fikirlər səsləndirdiyinə görə ABŞ vizası ala bilməyib.
Sportfm.az xəbər verir ki, bu barədə sabiq futbolçunun hüquqşünası Matias Morlaya istinadən "AS" nəşri məlumat yayıb.
Hüquqşünas bildirib ki, argentinalı 1994-cü ildən bu yana ilk dəfə keçmiş həyat yoldaşı ilə bağlı məhkəmədə ifadə vermək üçün ABŞ-a getmək qərarına gəlib. Marla Maradonaya müsahibə öncəsi ABŞ haqqında danışmamağı xahiş etsə də, futbolçu onun məsləhətini dinləməyib. "Donald Tramp haqqında nə düşünürsüz?" sualına cavab verən Maradona onu "marionet kuklası" adlandırıb.
Oxşar xəbərlər
10 nömrəli forma ləğv ediləcək - Maradonaya görə
Taysonun həyat yoldaşı yenə ortalığı qarışdırdı - Gizlin eşq
"Bu, müdrik və böyük addımdır" - Tramp
Maradona yenə ortalığı qarışdırdı
Maradona qızlarını məhkəməyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası