Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Araz-Naxçıvan”da inkişaf perspektivləri müzakirə edildi
AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesində həyata keçirilən akademiya səfərləri çərçivəsində növbəti görüş “Araz-Naxçıvan”ın akademiyasında baş tutub.
Sportfm.az xəbər verir ki, səfər zamanı akademiyanın direktoru Sakit Rzayevlə geniş müzakirələr aparılıb, mövcud fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.
Görüşdə akademiyanın mövcud infrastruktur imkanları, Naxçıvan regionunda mövsümboyu mütəmadi yarışların keçirilmə imkanları, yaş qrupları üzrə fəaliyyət modeli, məşq prosesinin təşkili və metodoloji yanaşmalar, region futbolunun inkişafında akademiyanın rolu, həmçinin uzunmüddətli inkişaf baxışı və strukturlaşma perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, Naxçıvanda futbola maraq, potensial mövcuddur və bu potensialın sistemli şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Tərəflər arasında akademiya fəaliyyətinin mərhələli şəkildə təkmilləşdirilməsi, idarəetmə və proqramlaşdırma istiqamətində struktur addımların atılması, eləcə də gələcək inkişaf planının hazırlanması barədə qarşılıqlı razılıq əldə edilib.
Səfər regionlarda vahid və dayanıqlı akademiya modelinin formalaşdırılması istiqamətində davam edən prosesin tərkib hissəsidir.

Oxşar xəbərlər
Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş keçirildi
AFFA nümayəndələrinin Gəncə akademiyalarında
Klub nümayəndələri ilə onlayn görüş keçirilib
Legioner limiti nə vaxt dəyişəcək?
Türkdilli ölkələrdə futbol necə inkişaf etdirilməlidir? - Müzakirə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yenə futbol yığmamız, yenə böyük hesablı məğlubiyyət - bu dəfə 0:9
-
Avtobusda yaşayan "klub" - GÜNAH KİMDƏ OLACAQ?
-
Sevinc Cəfərzadənin durumuna aydınlıq gəldi
-
Bölgə-bölgə gəzən Premyer Liqa klubu bu dəfə Ağsuya köçür - ÖZƏL
-
ÇL-də son yarımfinalçılar məlum olur
-
Əvəzedicilər Liqası - AFFA-nın "boğazında qalan tikə"

Misli Premyer Liqası