Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klub nümayəndələri ilə onlayn görüş keçirilib
AFFA tərəfindən Premyer Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib.
Sportfm.az xəbər verir ki, iclasın əsas mövzusu Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi olub. Bu proses mahiyyət etibarilə, klubların lisenziyalaşdırılması qaydalarında əks olunan tələblərin daha səmərəli icrasını təmin edən əsas mexanizm kimi təqdim edilib.
Görüşdə AFFA rəhbərliyi və müvafiq struktur bölmələrinin nümayəndələri – baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəisi Seyran Kərimli, şöbənin uşaq-gənclər futbolu üzrə əlaqələndiricisi, məşqçi-koordinator Sərxan Hüseynov və Maliyyə departamentinin maliyyə nəzarəti şöbəsinin rəisi Rəşad Babayev iştirak ediblər.
Tədbirdə akademiyaların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, lisenziyalaşdırma prosesinin tələblərinə uyğunluğun artırılması və klublara metodiki dəstək mexanizmləri barədə geniş məlumat verilib. Görüşün sonunda iştirakçı klubların nümayəndələri ilə fikir mübadiləsi aparılıb və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.

Oxşar xəbərlər
Klublara lisenziyalar təqdim olundu - FOTO
AFFA-da görüş keçirildi
AFFA-da Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
AFFA-da iclas keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zaur Axundov həbs oluna bilər - “Araz-Naxçıvan”ın prezidenti axtarışdadı
-
"Sumqayıt" və "Neftçi"nin futbolçuları Millətlər Kubokunda oynadı
-
"Qarabağ"ın futbolçusuna Braziliyadan təklif var
-
“Bakı Sportinq” “Zaqatala”ya qarşı - I Liqa
-
İkinci liqanın bombardirləri - SİYAHI
-
Test müsbət nəticə verdi - Vəziyyət qəlizləşdi

Misli Premyer Liqası